Onun "Neftçi"də alacağı maaş mətbuatda tirajlanandan qat-qat aşağıdır - RƏSMİ AÇIQLAMA

12:40 Neftçi 329
Onun "Neftçi"də alacağı maaş mətbuatda tirajlanandan qat-qat aşağıdır - RƏSMİ AÇIQLAMA

"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidubun klubda alacağı maaş mətbuatda tirajlanan 50 min dollardan qat-qat aşağıdır.

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı deyib.

O, xarici mətbuatda ukraynalı mütəxəssisin alacağı məvacibin şişirdildiyini söyləyib:

"Xarici mətbuatda çıxan bəzi xəbərlər yerli KİV tərəfindən istinadla tirajlanır. Qeyd olunur ki, yeni baş məşqçimiz Yuri Vernidubun maaşı 50 min dollara bərabərdir.

Bildirmək istəyirik ki, bu, tamamilə şişirdilmiş rəqəmdir. Mütəxəssisin maaşı orada yazılandan qat-qat aşağıdır".

Yuri Vernidubla "Neftçi" arasında bu gün 1,5 illik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti