Vernidubun “Neftçi”də ilk addımı bu oldu, ŞOK yaşadı, yerində donub qaldı!

09:40 Neftçi 541
Vernidubun “Neftçi”də ilk addımı bu oldu, ŞOK yaşadı, yerində donub qaldı!

Dünən rəsmən «Neftçi»nin sükanı arxasına keçən Yuri Vernidub komandanın fiziki durumunu incələyib.

1,5 illik müqaviləyə imza atan ukraynalı çalışdırıcı son 1 ili əhatə edən statistik göstəricilərlə tanış olub.

Premyer Liqanın 14-cü turu çərçivəsində «Sabah»la keçirilən matçı (0:2) stadiondan izləmiş mütəxəssis həmin siyahını görüncə, heyrətini və təəccübünü gizlədə bilməyib.

59 yaşlı baş məşqçi «mənə indi aydın oldu ki, komanda niyə bugündədir» söyləyib. Vaxtilə «Şerif»lə Çempionlar Liqasında uğurlu nəticələr qazanmış Vernidub bildirib ki, göstəricilər kifayət qədər aşağıdır.

O, bununla Samir Abasovun ötən 1 il ərzində işini düzgün qurmadığına açıq işarə vurub.

Qeyd edib ki, Masazırdakı qarşılaşmada əksər futbolçuların 50-55-ci dəqiqədən sonra meydanda ayaqlarını sürüməsi diqqətini çəkib.

Vernidub söyləyib: «Bu göstəricilərlə komandanın turnir cədvəlinin aşağı pillələrində olması normaldır. Futbolçuların qaçmağa taqəti yoxdursa, onlardan nəsə tələb etmək qeyri-mümkündür».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti