“Bunu izah etmək çətindir – həqiqətən həyəcanlı bir gecə alındı”.
Sportinfo.az xəbər verir ki, bunu "Ayaks”ın hücumçusu Oskar Qlux Bakıda “Qarabağ”ı 4:2 hesabı ilə məğlub etdikləri Çempionlar Liqası oyun haqda yarışın rəsmi saytına açıqlamasında deyib.
İki qol vuraraq matçın oyunçusu seçilən Qlux Azərbaycan çempionuna qarşı yaxşı hazırlaşdıqlarını bildirib:
“Qarabağ” iki dəfə önə keçsə də, matçı nəzarətdə saxlamağı bacardıq. Qalib gələcəyimizə inanırdıq.
Hələ iki oyunumuz qalıb və əgər onları qazansaq, kim bilir, nələr olar”.

