“Neftçi”ni üstün tutdu, bir neçə klubun təklifini geri çevirdi

11:00 Neftçi 313
“Neftçi”ni üstün tutdu, bir neçə klubun təklifini geri çevirdi

“Neftçi”nin yeni baş məşqçi təyin etdiyi Yuri Vernidubu Azərbaycana gətirməsi heç də asan başa gəlməyib.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis “ağ-qaralar”a keçmək üçün bir neçə təklifi rədd edib.

Belə ki, Vernidub başda Qazaxıstandan “Aktobe” olmaqla, Ukrayna və Macarıstandakı variantları siyahıdan silib. Xüsusən də qazaxların yüksək məbləğdə məvacib təklif etdiyi vurğulanıb.

Lakin məşqçi Azərbaycan tərəfinin israrı nəticəsində seçimini “Neftçi”nin xeyrinə edib.

Yuri Vernidub “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti