"Qarabağ"ın oyunçularına bu, QADAĞAN OLUNUB?

13 Dekabr 2025 16:20 Qarabağ 2 428
"Qarabağ"ın oyunçularına bu, QADAĞAN OLUNUB?

"Qarabağ"ın futbolçuları altı turdan sonra Çempionlar Liqasının əsas mərhələsində ən az zərbə vuranlar arasındadır.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv geridə qalan matçlarda cəmi 66 dəfə zərbə endiriblər.

Bu, 36 komanda arasında dörcüncü ən zəif göstəricidir. "Köhlən atlar"ın 66 cəhdindən 27-si qapı çərçivəsinə yönəlib ki, bunlardan cəmi onu qolla nəticələnib.

Siyahıya 121 zərbə ilə PSJ (Fransa) başçılıq edir. Ağdam təmsilçisinin növbəti rəqibi olan "Ayntraxt Frankfurt" (Almaniya) isə 43 zərbə ilə bu göstəricinin ən zəifidir.

"Qarabağ" son matçında Bakıda "Ayaks"a 2:4 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 18:10 Çək və bizə göndər!
23 Yanvar 04:20 "Ordu"ya qalib gəldilər