COP29

Adrian Mutu işini bərk tutdu, tapşırıq verdi, PİS HADİSƏ yaşandı

3 Noyabr 2023 17:40 Neftçi 2 632
Adrian Mutu işini bərk tutdu, tapşırıq verdi, PİS HADİSƏ yaşandı

Çempionatda işləri qaydasında getməyən “Neftçi” “Qəbələ”ylə oyunda ehtiyatını bərk tutub.

“Ağ-qaralar” matçdan iki gün əvvəl səfərə çıxıb.

Qərar baş məşqçi Adrian Mutuya məxsusdur. Bakıyla Qəbələ arasındakı məsafə 3 saatı əhatə etsə də, rumıniyalı çalışdırıcı cümə günü yola düşmək qərarını verib.

Bu, komanda üzvlərinin, xüsusən də yeni legionerlərin Qəbələnin havasına öyrəşməsinə görədir.

Futbolçuların oyunun gedişində nəfəs almaq baxımından çətinlik çəkməməsi üçün Mutu onları kurort şəhərinə iki gün əvvəldən aparmaq fikrinə düşüb. Amma...

"Neftçi"nin avtobusu qəza keçirib. Hadisə Bayıl qəsəbəsində baş verib. Qəza "Hyundai" markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib.

Hadisə nəticəsində hər iki tərəfdə xəsarət alan olmayıb. "Ağ-qaralar" daha sonra yoluna davam edib.

Bakılılar şənbə günü oyunöncəsi məşqə çıxıb, oyunun hazırlıqlarını başa vuracaq.

Premyer Liqanın 12-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” - “Neftçi” dueli saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti