«Neftçi» - «Beşiktaş» cütündə favorit öncədən bəlli idi.
İki qardaş ölkənin klublarının ortaq cəhəti yalnız onların rəngindədir.
İkisi də ağ-qara forma geyinir. Tərəfləri büdcə sarıdan müqayisə etməyə dəyməz heç.
Arada böyük uçurum var və «Beşiktaş» ilk dəqiqələrdən bu fərqi gözlər önünə sərdi, tablodakı rəqəmlərdə nümayiş etdirdi.
«Neftçi» fasiləyə kimi Şenol Günəşin komandasından nəyi var çəkindi. «Beşiktaş»ın adının ağırlığı altında əzildilər.
Birindən onbirinə kimi. Orta sahə tamamən «Beşiktaş»ın idarəsi altında idi. İstədiklərini və istəmidiklərini etdilər.
Üç top vurub sakitləşdilər. Nə vaxt ki Günəş yarümmıdafiənin qaymaqlarını yanına aldı, «Neftçi» başladı özünə gəlməyə.
Hesab arasındakı fərqi ikiyə endirdilər. Emin Mahmudovun cərimə zərbəsi qapı dirəyindən geri döndü.
Bir qədər əvvəl kapitanla cərimə zərbəsini vurmaq üstündə yünjülvari mübahisə edən Filip Ozobiçin 1 metrdən qapıya ünvanladığı topu müdafiəçi son anda müdafiəçi xəttin üzərindən uzaqlaşdırdı.
Adrian Mutu oyundan razı sifət almadı. Nəticədən də, aydın məsələdir.
Rumıniyalı mütəxəssisin ümidi yeni gələnlərədir, onlarla əvvəlkilərin meydanda uzlaşması isə hələ istənilən səviyyədə deyil, vaxt lazımdır.
Aaron Olanareni qeyd edərdim. Nigeriyalı hücumçu fiziki cəhətdən tam hazır vəziyyətdə gəlməyib, ağırdır.
Sadəcə, klassı var, irəlidə «Neftçi»yə qatqı verəcəyini düşünürəm. Elə komandasının yeganə qolunun vurulma ssenarisini də o qurdu.
Topla incə rəftar, driblinq kimi özəllikləri diqqətimi çəkdi.
Eyni sözləri braziliyalı Andre Şinyaşiki haqda deyə bilməyəcəm.
Anası yapon forvard ağır zədədən yenicə qayıtmış təəssüratı oyatdı. Çəkingən tövrü ilə yadımda qaldı.
Mutu, yəqin ki, «Neftçi»ni qarşıdakı həftələrdə ikinci hissədəki kimi oynatmaq istəyəcək. Bunun üçün daha 2-3 transfer qapıdan içəri alınmalıdır.
ELNUR

