COP29

"Bizim üçün İstanbuldakı matç çox vacibdir"- Mutu

10 Avqust 2023 23:50 Neftçi 868
"Bizim üçün İstanbuldakı matç çox vacibdir"- Mutu

"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda Türkiyənin "Beşiktaş" klubuna 1:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Sona qədər oyunda qalmaq üçün çalışdıq. İlk hissədə "Beşiktaş" bizdən daha yaxşı idi. İkinci yarıda biz daha yaxşı oynadıq, onlardan daha yaxşı idik, rəqibin qapısı ağzıdan çox qol epizodu yaratdıq. Bir az bəxtimiz gətirsəydi, ikinci qolu da vurmuş olardıq. Buraxdığımız üçüncü qolu "Beşiktaş"a hədiyyə etmiş olduq. Hamı gördü ki, Ervin Koffinin səhvi oldu. Yeni qayıdıb zədədən. Məşqçi olaraq işim onları daha yaxşı duruma gətirib çıxarmaqdır.

- Demək olar ki, start heyətində yanıldınız? Çünki fasilədən sonra komanda daha yaxşı oynamağa başladı...

- Deməzdim ki, start heyətində yanılmışdım. Əlimdəki oyunçulara uyğun heyət qurmuşdum. Aaron Olanare dünən qoşulub komandaya və meydana çıxdı. Heç 30 faizində deyil. Ervin Koffi zədəli oldu, son üç gündür ki, bizimlə məşq edir. Eddi İsrafilov, Ömər Buludov zədəlidir. Əlimdə olan oyunçulardan kim daha yaxşı formadaydısa, onlara şans verməyə çalışdım. Bu cür rəqiblərə qarşı oynayanda, daha çox qaçmalı olursan ki, oyundan qopmayasan. Məqsədlərimizdən biri də o idi ki, yeni oyunçuları ikinci hissədə meydana buraxım və daha yaxşı fiziki formaya düşsünlər. Ən yaxşı məşq oyundur. İnanın ki, ikinci hissə bəzi oyunçuları 45 dəqiqə meydanda oynatmağa məcbur idim. Digər tərəfdən də zədə alacaqlarından qorxurdum. Şükür Allaha, zədə alan olmadı və bu da bizim üçün yaxşı oldu.

- Bu matç göstərdi ki, "Beşiktaş"a qarşı oynamaq olar. Səfərdə komanda nəyə ümid edəcək?

- Səfər oyununa bir həftə var. İndidən nəsə demək çətindir. Yeni komanda formalaşdırırıq. Bu gün gördüyünüz heyət qurmaq istədiyim komandanın 30 faizidir. Çalışırıq ki, oyunçular transfer edək, gələnləri də yaxşı fiziki duruma gətirib çıxaraq. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq komandaya ziyan da verə bilər. Oyunçuların zədələnmək ehtimalı olur. Bizim üçün İstanbuldakı matç çox vacibdir. Ora gedəndə yalnız qələbə haqda düşünəcəyik.

"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda Türkiyənin "Beşiktaş" klubuna 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Sona qədər oyunda qalmaq üçün çalışdıq. İlk hissədə "Beşiktaş" bizdən daha yaxşı idi. İkinci yarıda biz daha yaxşı oynadıq, onlardan daha yaxşı idik, rəqibin qapısı ağzıdan çox qol epizodu yaratdıq. Bir az bəxtimiz gətirsəydi, ikinci qolu da vurmuş olardıq. Buraxdığımız üçüncü qolu "Beşiktaş"a hədiyyə etmiş olduq. Hamı gördü ki, Ervin Koffinin səhvi oldu. Yeni qayıdıb zədədən. Məşqçi olaraq işim onları daha yaxşı duruma gətirib çıxarmaqdır.

- Demək olar ki, start heyətində yanıldınız? Çünki fasilədən sonra komanda daha yaxşı oynamağa başladı...

- Deməzdim ki, start heyətində yanılmışdım. Əlimdəki oyunçulara uyğun heyət qurmuşdum. Aaron Olanare dünən qoşulub komandaya və meydana çıxdı. Heç 30 faizində deyil. Ervin Koffi zədəli oldu, son üç gündür ki, bizimlə məşq edir. Eddi İsrafilov, Ömər Buludov zədəlidir. Əlimdə olan oyunçulardan kim daha yaxşı formadaydısa, onlara şans verməyə çalışdım. Bu cür rəqiblərə qarşı oynayanda, daha çox qaçmalı olursan ki, oyundan qopmayasan. Məqsədlərimizdən biri də o idi ki, yeni oyunçuları ikinci hissədə meydana buraxım və daha yaxşı fiziki formaya düşsünlər. Ən yaxşı məşq oyundur. İnanın ki, ikinci hissə bəzi oyunçuları 45 dəqiqə meydanda oynatmağa məcbur idim. Digər tərəfdən də zədə alacaqlarından qorxurdum. Şükür Allaha, zədə alan olmadı və bu da bizim üçün yaxşı oldu.

- Bu matç göstərdi ki, "Beşiktaş"a qarşı oynamaq olar. Səfərdə komanda nəyə ümid edəcək?

- Səfər oyununa bir həftə var. İndidən nəsə demək çətindir. Yeni komanda formalaşdırırıq. Bu gün gördüyünüz heyət qurmaq istədiyim komandanın 30 faizidir. Çalışırıq ki, oyunçular transfer edək, gələnləri də yaxşı fiziki duruma gətirib çıxaraq. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq komandaya ziyan da verə bilər. Oyunçuların zədələnmək ehtimalı olur. Bizim üçün İstanbuldakı matç çox vacibdir. Ora gedəndə yalnız qələbə haqda düşünəcəyik. İstanbula qələbə ardınca gedəcəyik.

- Matç Bakıda keçirilsə də, "Beşiktaş"ı dəstəkləyən azarkeşlər az deyildi. Bu, komandaya mənfi təsir etdi?

- İlk yarıda daha emosiya dolu idi. Deməzdim ki, "Beşiktaş" azarkeşlərini eşidirdim, yalnız "Neftçi" azarkeşlərini eşidirdim. İkinci hissədə futbolçularımın oyunundan çox xoşum gəldi, sona qədər oynadılar, mübarizə apardılar, razı qaldım.

- Azər Salahlı ilk yarıda çox səhvlərə yol verdi. Müdafiənin sol cinahındakı durum sizi narhat edir?

- Düzgün vurğuladız, rəqib sol cinahdan hücumlar edirdi. Biz də bunu görüb dəyişiklik etdik. Bu da komandanın xeyrinə oldu. Kenni həmin mövqedə çox yaxşı çıxış etdi. Emini də məcburən daha arxaya çəkməli olduq ki, keyfiyyətindən istifadə edək. Fərid Yusifli də ilk hissə pis oynamadı, hələ gəncdir, təcrübəsizdir. Ola bilsin ki, oyunboyu emosiyalara qapılmışdı. Olanareni oyuna buraxmaqla bir az riskə də getdim. Amma o mövqeyə elə oyunçu lazım idi ki, gələn topları saxlasın, topu itirməyək. Hər zaman qələbə qazanmaq istəyirəm. İstəməzdim ki, uduzaq. Ancaq qarşıdakı matçları da düşünməliyik. Çempionatı da düşünmək lazımdır. Qarşımıza böyük mqəsədlər qoyulub. İndi fikirləşmək lazımdır ki, qarşıdakı oyunlara necə hazırlaşaq.

- "Neftçi" niyə bu qədər müdafiəyə çəkilmişdi? Çünki hər üç qolu müdafiənin səhvindən buraxdınız...

- Üçüncü qol haqda danışmalı deyilik. Bu səhvi hamı gördü. Deyim ki, futbolçular bütün oyunboyu səhvsiz oynayacaq, düz olmaz. Çünki qarşımızda çox güclü komanda, yaxşı futbolçular oynayırdı. Qarşımızda "Beşiktaş" kimi rəqib var idi. Bəzən elə məqamlar var ki, qarşıdankı rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları analiz edəcəm. Müdafiədə boşluqlar verdik, onların üzərində işləyəcəyik. Rəqib bunlardan istifadə edib fərqləndi.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!