İkinci dəfə “Neftçi” ilə...

2 İyun 2023 09:20 Neftçi 1 119
İkinci dəfə “Neftçi” ilə...

Azərbaycan kubokunun bu həftə keçiriləcək final oyununda “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, “Bakcell Arena”dakı matç iki rəqib arasında 65-ci duel olacaq.

İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 64 dəfə görüşüb.

Əvvəlki matçlarda 19 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib. 28 oyunda bakılılar qalib gəlib. Bu görüşlərdə 76 qol vuran “Qəbələ” 92 top buraxıb.

İndiyədək keçirilən qarşılaşmalardan 59-u Premyer Liqa, 5-i kuboka təsadüf edib. Bu matçlarda komandalar hərəyə bir dəfə qalib gəlib. Üç oyun heç-heçə başa çatıb. 7 qol vuran "Qəbələ" 6 top buraxıb.

“Qəbələ” ikinci dəfə “Neftçi” ilə finalda görüşəcək. 2013/14 mövsümündəki görüşün taleyi penaltilər seriyasında həll olunub. 1:1 hesabı ilə nəticələnən görüşün sonunda paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.

“Qəbələ” – “Neftçi”: Bütün oyunlar

2006/07 mövsümü

30.09.2006. Premyer Liqa. Neftçi - Gilan (Qəbələ) - 4:1

Zaur Tağızadə, 9, Ramazan Abbasov, 12, Georgi Adamiya, 72, Vadim Borets, 83 // Rəhman Əzizov, 86

03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi - 1:4

Asif Məmmədov, 90+1 // Rəşad Sadıqov, 50 (p.), Branimir Subaşiç, 56, Georgi Adamiya, 65, Nadir Nəbiyev, 90+2

2007/08 mövsümü

26.08.2007. Premyer Liqa. Neftçi - Qəbələ - 2:0

Aqil Məmmədov, 24, Branimir Subaşiç, 87

02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi - 2:3

Azər Cabbarov, 57, İrakli Vaşakidze, 75 // Branimir Subaşiç, 28, Dmitri Kruqlov, 47, Georgi Adamiya, 90 (p.)

2008/09 mövsümü

24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi - 0:1

Oleq Gerasimyuk, 39

01.03.2009. Premyer Liqa. Neftçi - Qəbələ - 0:0

2009/10 mövsümü

21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi - 1:0

Kristian Torres, 80

10.12.2009. Premyer Liqa. Neftçi - Qəbələ - 1:1

Rail Məlikov, 65 // Vurğun Hüseynov, 73

03.04.2010. Premyer Liqa. Neftçi - Qəbələ - 1:2

Rəşad Abdullayev, 63 // Milan Antiç, 35, Tomaş Stolpa, 90+5

09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0

2010/11 mövsümü

15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi - 0:2

Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76

21.11.2010. Premyer Liqa. Neftçi - Qəbələ - 0:0

2011/12 mövsümü

18.09.2011. Premyer Liqa. Neftçi - Qəbələ - 2:0

Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85

20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi - 1:0

Aleksandr Çertoqanov, 39

11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi - 4:1

Dodo, 18, 27, Yannik Kamanan, 78, 83 // Bahodır Nasimov, 66

11.05.2012. Premyer Liqa. Neftçi - Qəbələ - 0:1

Amil Yunanov, 87

2012/13 mövsümü

18.08.2012. Premyer Liqa. Neftçi - Qəbələ - 3:0

Cavid İmamverdiyev, 47, 87, Julius Vobay, 56

03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi - 2:1

Lourival Assis, 31, Dodo, 89 // Nikolas Kanales, 32

21.04.2013. Premyer Liqa. Neftçi - Qəbələ - 2:1

Denis Silva Kruz, 53, Nikolas Kanales, 69 // Lorval Assis , 15

14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi - 1:1

Yannik Kamanan, 72 // Rəşad Sadiqov, 13

2013/14 mövsümü

04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi - 1:2

Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20(p.), Rəşad Sadiqov, 56

15.12.2013. Premyer Liqa. Neftçi - Qəbələ - 2:1

Araz Abdullayev, 12(p.), Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1(p.)

09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 1:2

Lorenzo Ebesillo, 68 // Bahodır Nasimov, 29, 64.

02.05.2014. Premyer Liqa. Neftçi - Qəbələ - 1:2

Cavid İmamverdiyev, 50 – Dodo, 62, Lorentso Ebesilio, 90

22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3

Marat İzmaylov, 70 // Samir Məsimov, 52

2014/15 mövsümü

21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0

29.11.2014. Premyer Liqa. Neftçi - Qəbələ - 0:0

15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi - 1:3

Viktor Mendi, 10 // Julius Vobay, 58, Denis Silva, 71, Flavinyo, 87

17.04.2015. Premyer Liqa. Neftçi - Qəbələ - 1:3

Nikolas Kanales, 44 // Aleksey Qay, 25, Cavid Hüseynov, 50, Viktor Mendi, 86

2015/16 mövsümü

17.10.2015. Premyer Liqa. Neftçi - Qəbələ - 0:1

Aleksey Antonov, 90

13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi - 0:1

Filyo Jairo Rodriges, 22

05.03.2016. Premyer Liqa. Neftçi - Qəbələ - 1:2

Salas Quinta Antonio, 26 // Rafael Santos, 52, Rəşad Eyubov, 90

27.04.2016. Azərbaycan kuboku. Neftçi - Qəbələ - 1:1

Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5

01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi - 2:2

Aleksey Qay, 21(p.),, Rəşad Sadiqov, 51 // Ruslan Qurbanov, 32, Elşən Abdullayev, 64

04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1

Ermin Zets, 75 // Ruslan Qurbanov, 58

2016/17 mövsümü

10.09.2016. Premyer Liqa. Neftçi - Qəbələ - 0:8

Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)

29.10.2016. Premyer Liqa. Qəbələ - Neftçi - 4:1

Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49

03.02.2017. Premyer Liqa. Qəbələ - Neftçi - 1:0

Daniel Subotiç, 77

14.03.2017. Premyer Liqa. Neftçi - Qəbələ - 1:0

Namiq Ələsgərov, 40

2017/18 mövsümü

24.09.2017. Premyer Liqa. Qəbələ – Neftçi – 2:1

Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48

19.11.2017. Premyer Liqa. Neftçi – Qəbələ – 2:3

Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80

04.03.2018. Premyer Liqa. Qəbələ – Neftçi – 1:2

Elvin Məmmədov, 34 // Mirabdulla Abbasov, 59; İqnasio Herrera, 73

12.04.2018. Azərbaycan kuboku. Qəbələ – Neftçi – 1:2

Stiven Monroz, 90+1 // Lukas Qomez, 29; Namiq Ələsgərov, 44

18.04.2018. Azərbaycan kuboku. Neftçi – Qəbələ – 1:3

Soni Mustivar, 9 // Baqali Dabo, 20, 30; Cavid Hüseynov, 60 (p.)

22.04.2018. Premyer Liqa. Neftçi – Qəbələ – 1:0

Ruslan Abışov, 4

2018/19 mövsümü

19.08.2018. Premyer Liqa. Neftçi – Qəbələ – 2:1

Baqali Dabo, 36; Dario Federiko, 48 // Rauf Əliyev, 85

20.10.2018. Premyer Liqa. Qəbələ – Neftçi – 3:1

Ceyms Adeniyi, 14, 77; Stiven Monroz, 57 // Kvame Karikari, 90+4

15.03.2019. Premyer Liqa. Neftçi – Qəbələ – 1:1

Mamadu Mbodj, 54 // Stiven Monroz, 72

05.05.2019. Premyer Liqa. Qəbələ – Neftçi – 1:3

Rauf Əliyev, 84 // Mamadu Mbodj, 25; Baqali Dabo, 71, 90 (p.)

2019/20 mövsümü

28.09.2019. Premyer Liqa. Qəbələ – Neftçi – 0:3

Tural Axundov, 59; Rauf Əliyev, 73, Stiven Monroz, 89

24.11.2019. Premyer Liqa. Neftçi – Qəbələ – 4:1

Soni Mustivar, 17; Ömər Buludov, 24; Stiven Monroz, 35; Evangelos Platellas, 90+1 // Donald Qerye, 90+5 (ö.q.)

22.02.2019. Premyer Liqa. Qəbələ – Neftçi – 0:2

Anton Krivotsyuk, 8; Baqali Dabo, 14

2020/21 mövsümü

27.09.2020. Premyer Liqa. Neftçi – Qəbələ – 1:1

Sabir Buqrin, 90+4 // Rövlan Muradov, 32

22.11.2020. Premyer Liqa. Qəbələ – Neftçi – 1:4

Yusif Nəbiyev, 60 // Anton Krivotsyuk, 38, 51; Namiq Ələsgərov, 57; Prins İbara, 90+4

20.02.2021. Premyer Liqa. Neftçi – Qəbələ – 1:0

Emin Mahmudov, 90+4

10.04.2021. Premyer Liqa. Qəbələ – Neftçi – 2:2

Ceyms Adeniyi, 54; Yurgen Qoxa, 67 // Mirabdulla Abbasov, 62; Emin Mahmudov, 71 (p.)

2021/22 mövsümü

15.08.2021. Premyer Liqa. Neftçi – Qəbələ – 2:2

Fəhmin Muradbəyli, 55; Voyislav Stankoviç, 76 // İsnik Alimi, 67 (p.); Ülvi İsgəndərov, 84

15.12.2021. Premyer Liqa. Qəbələ – Neftçi – 1:1

Rafael Utziq, 28 // Emin Mahmudov, 39

18.03.2022. Premyer Liqa. Neftçi – Qəbələ – 4:0

Eddi İsrafilov, 6, 90+5; Mamadu Mbodj, 17; Gilyerme Pato, 82

09.05.2022. Premyer Liqa. Qəbələ – Neftçi – 1:0

İsnik Alimi, 74 (p.)

2022/23 mövsümü

10.09.2022. Premyer Liqa. Qəbələ – Neftçi – 1:2

Məqsəd İsayev, 32 // Ataa Caber, 46, 53

12.11.2022. Premyer Liqa. Neftçi – Qəbələ – 2:0

Kenni Sayef, 24; Rəhman Hacıyev, 76

10.02.2023. Premyer Liqa. Qəbələ – Neftçi – 0:0

14.04.2023. Premyer Liqa. Neftçi – Qəbələ – 1:2

Emin Mahmudov, 61 (p.) // Ramon Maçado, 13; İsnik Alimi, 24 (p.)

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb