
Tezliklə «Neftçi»nin rəhbərliyində daha bir dəyişiklik olacaq. Bu iddia ilə tanınmış futbol eksperti Emin Abbasov çıxış edib.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində maraqlı açıqlama verib.
Aparıcı Ceyhun Rzayevin həmsöhbəti bildirib ki, paytaxt klubunda «saray müharibələri» yeni mərhələyə qədəm qoyub.
Abbasov xatırladıb ki, Ceyhun Sultanov 2020-ci ilin noyabrında məhz bu səbəbdən idman direktoru vəzifəsindən uzaqlaşmalı oldu, indi isə növbə Zaur Əzizova çatıb.
Ekspert vurğulayıb ki, 2021-ci ilin dekabrında görəvə gələn «Qəbələ»nin sabiq baş meneceri «Neftçi»nin uğursuz mövsüm keçirməsinə görə məsuliyyət daşıyır və ondan hesab sorulacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: