"Samir Abasovun sözlərin şərh edə bilmərəm" - Regekampf

5 Fevral 2023 21:10 Neftçi 1 072
"Samir Abasovun sözlərin şərh edə bilmərəm" - Regekampf

Azərbaycan Premyer Liqasında XXI turun “Neftçi” – “Sumqayıt” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

"Bizim üçün yaxşı oyun oldu. Əvvəldən sona qədər nəzarət bizim tərəfimizdə idi. Şanslar zamanı daha konsentrasiyalı olmalı və ötürmələri daha tez etməliyik. Hesaba görə o qədər də emosiyalarım çox olmadı. Bu inamı mənə futbolçularım verib. Meydana çıxma formaları məndə inam yaratdı. Bu cür davam etməliyik. Artıq ikinci oyundur, eyni heyətlə çıxış edirdik. Bu, komanda üçün çox müsbət haldır. Belədə, bir-birlərini daha yaxşı tanıyırlar və oyunumuz yaxşılaşmağa doğru gedir".

- “Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandasının daha yaxşı oynadığını söylədi…
- Buna nə cavab verim? Belə sözləri şərh edə bilmərəm. Oyuna baxmalı və nəticəni görməlisiz. Bu, onun fikridir və hörmətlə yanaşmalıyıq.

- Azər Əliyev sanki mərkəzdə özünü narahat hiss edir. Bununla razısız?
- Düşünürəm ki, bu mövqedə oynaya bilər. Daimi çıxış etdiyi mövqe sol cinahdır. Orada bizim üçün yaxşı oyunlar keçirib. Eddi bizimlə olmadığı üçün yerli oyunçuya ehtiyacımız var. Məncə, hazırda onu mərkəzdə oynatmaq ən yaxşı çıxış yoludur. Azərin oyunundan razıyam. İkinci oyundur, bu mövqedə oynayır və qələbə qazanırıq. “Sabah”a uduzmuşduq. Təlim-məşq toplanışından yeni qayıtmışdıq. Bizim üçün çətin oldu. Amma oyundan oyuna futoblçuların inamı artır və bir-birlərini daha yaxşı anlayırlar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!