"Neftçi"dən getmirəm, bunu qadağan edə bilmirəm - Nə istəsəz, yaza bilərsiz"

9 Dekabr 2022 01:00 Neftçi 955
"Neftçi"dən getmirəm, bunu qadağan edə bilmirəm - Nə istəsəz, yaza bilərsiz"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya komandalarının onunla maraqlanması iddialarına münasibət bildirib.

47 yaşlı mütəxəssis bu barədə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra açıqlama verib.

Laurentsiu Regekampf cari mövsümün əvvəlində "Neftçi" ilə 2 illik müqavilə imzalayıb. Baş məşqçi tam olaraq hazırkı komandasına kökləndiyini söyləyib:

"Bu barədə mənə daha əvvəl də sual verilib. Mediaya mənim haqqımda xəbər yazmağı qadağan edə bilmirəm.

Nə istəsəniz yaza bilərsiniz, bu, sizin hüququnuzdur. Mən "Neftçi"dəyəm. Klubda yeni toplantı olub. Heyəti gücləndirmək barədə danışmışıq.

Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişmək barədə düşünmürəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!