Boş müqaviləyə qol çəkməyə hazırdır - “Neftçi”dən getmək istəyən rumın

11 Noyabr 2022 16:40 Neftçi 1 270
Boş müqaviləyə qol çəkməyə hazırdır - “Neftçi”dən getmək istəyən rumın

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın "Styaua"ya qayıtmaq üçün hansı güzəştlərə hazır olması bilinib.

Azərbaycanda uğursuzluq yaşayan və burada özü üçün heç bir perspektiv görməyən çalışdırıcı Buxarest təmsilçisinə dönmək naminə istənilən addımı atmağa hazırdır.

O, “Styaua”nın prezidenti prezidenti Cici Bekaliyə heç bir maddi şərt qoymadığını, boş müqaviləyə qol çəkməyə razı olduğunu xəbər göndərib.

Yerli "Fanatik.ro" nəşrinin jurnalisti Horia İvanoviç də iddia edib ki, 47 yaşlı mütəxəssis daim klub prezidenti Cici Bekaliyə zəng edir:

"Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir.

O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".

Bu ilin iyununda Azərbaycana gələn Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib.

Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

“Styaua”nın sahibi Gigi Bekali də Regekampf variantı ilə bağlı fikirlərini bölüşüb.

Nikolae Dikanın istefaya göndərilməsindən sonra yeni baş məşqçi axtarışında olduqlarını söyləyən milyarder Regekampfın arzulanan mütəxəssis olduğunu etiraf edib.

Ancaq o, bunun baş tutmasının maliyyə cəhətdən çətin olduğunu da vurğulayıb: “Onun komandası var, orada çalışır.

Regeni oradan necə çıxarmaq olar? Üstəlik, yüksək maaşı var, bir milyon yarım ley”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti