"Qurban Qurbanov bəzi futbolçulara..."

1 Oktyabr 2022 18:00 Neftçi 1 071
"Qurban Qurbanov bəzi futbolçulara..."

“Çox yaxşı oyun bizi gözləyir”.

Bunu Sportinfo.az-a açıqlamasında Premyer Liqaının qarşıdakı turunda üz-üzə gələcək “Qarabağ” – “Neftçi” oyunu barədə danışan futbol mütəxəssis Aslan Kərimov deyib.

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi qarşılaşma öncəsi tərəflərin müsbət və mənfi məqamlarıdan danışıb və yekunda meydan sahiblərin favorit olması qənaətinə gəlib:

“Bir təfərdən "Qarabağ" üçün fasilə əhəmiyyətli, digər yandan əks təsiri ola bilər. Belə ki, Millətlər Liqasındakı oyunlara kimi komanda ağır qrafikdə oyunlara çıxırdı.

Həm çempionat, həm də avrokuboklardakı oyunlarda. Bundan başqa, zədəlilər vardı. Ardınca həmin futbolçular milli komandada ardıcıl oyunlar keçirdilər.

Amma faydası odur ki, əcnəbi oyunçular yaranmış fasilədə lazımınca faydalana bildilər. Düzdü, legionerlərdən də milliyə gedənlər oldu.

Ümid edirəm ki, məşqçilər korpusu komandanı qarşıdakı oyunlara hazırlaya biləcək.

"Neftçi"də də milli oyunçuları var. Onların da yörğunluğu üzərlərindən atması, kollektivə yenidən uyğunlaşmasına zaman lazımdır.

Ümumi şansaları dəyərləndirəsi olsaq, "Qarabağ"ın qələbə ehtimalı daha yüksəkdir. Avropa Liqasında yaxşı perfomans göstərən futbolçular yenə seçilə bilərlər.

Evdə oynamaqları da komandanın xeyrinə olan amildir. Hücum edən tərəfin ağdamlılar olacağına əminəm.

Qonaqlarda isə əks-hücumda təhlükə yarada biləcək Yusif Laval, Ataber Caber və Emin Mahmudov kimi oyunçular var.

"Qarabağ"ın bundan sonra "Olimpiakos"la önəmli oynu var. Unutmaq olmaz ki, həmin görüş daha əhəmiyyətli hesab oluna bilər.

Çünki mövzu qrupdan çıxmaqdır. Həmin oyun "Qarabağ" üçün çox vacib olacaq. Qurban Qurbanov oyunun gedişində bəzi futbolçulara istirahət verə bilər.

Amma istənilən halda "Qarabağ"ın Avropa arenasındakı performansı onların favorit olmasını şərtləndirir”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti