“Neftçi“nin növbəti TRANSFER XƏBƏRİni açıqlamasına az qaldı…

19:40 Neftçi 1 472
“Neftçi“nin növbəti TRANSFER XƏBƏRİni açıqlamasına az qaldı…

“Neftçi“ Breno Almeydanın transferi üçün onun məxsus olduğu “Etikos” ilə danışıqlar aparır.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, braziliyalı vingerin Kipr təmsilçisindən keçidi hələ dəqiqləşməyib. Ancaq görüşmələr müsbət axarda davam edir.

“Etikos” hücumameyilli futbolçusunu satmağa hazırdır. İndi burada əsas məsələ ödəniləcək təzminatın məbləğini razılaşdırmaqdır.

Onlar “sambaçı“ya görə istədikləri məbləği bir qədər aşağı salsa, “ağ-qaralar“ yaxın 2-3 gün ərzində bu işi bitirəcək.

Çünki səbəbkarın özü də Azərbaycana gəlməyə isti yanaşır. Şəxsi müqavilə şərtlərinə “hə“ deyib.

Karyerasının böyük hissəsini doğulduğu Braziliyada keçirən Breno Almeyda 2022-ci ildə Malta “Valetta”sına transfer olunub.

Burada cəmi 1 mövsüm keçirəndən sonra yenidən ölkəsinə qayıdan cənubi amerikalı 2024-cü ildə təkrar Avropanın yolunu tutub və “Etnikos”la anlaşıb.

"Sambaçı" bu mövsüm meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 400 min avro təyin edib.

“Neftçi” ötən yay Kiprin “Apollon” klubundan Sessi Dalmeydanı, “AEK Larnaka”dan isə İmad Farajı heyətinə qatıb. 27 yaşlı ön xətt oyunçusunun keçidi birbaşa Yuri Vernidubun istəyidir. U

kraynalı çalışdırıcı Almeydanın gəlişi ilə ikinci zonadakı çatışmazlıqların aradan qalxacağına əmindir. Braziliyalının yüksək sürəti, topla rəftarı, həmçinin müdafiə planında yararlı olması baş məşqçinin diqqətini özünə çəkib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:20 Daha bir transfer - FOTO