Abubakar baş məşqçinin vacib tələbini yerinə yetirdi - Bir xeyli arıqladı

15:00 Neftçi 1 197
Abubakar baş məşqçinin vacib tələbini yerinə yetirdi - Bir xeyli arıqladı

«Neftçi»nin kamerunlu hücumçusu Vensan Abubakar məşqçilər korpusunu sevindirib.

O, son 2 həftədə 3 kilo çəki atıb.

33 yaşlı ulduz qarşıdakı günlərdə daha 1 kilo artıq çəkidən xilas olmalıdır.

Bu, Yuri Vernidubun ondan əsas tələbidir. Futbolçuların hər birinin fiziki göstəricilərini incələyən baş məşqçi afrikalı forvarda xüsusi tapşırıq verib.

Ona bildirib ki, ideal çəkiyə düşməsə, meydana çıxmaq şansı qazanmayacaq.

Samir Abasovun gedişindən sonra əsas heyətdə yerini itirən, Premyer Liqanın axır iki turunda yalnız ikinci hissədə oynamaq fürsəti əldə edən sabiq «Beşiktaş»lı artıq anlayır ki, yeni çalışdırıcı onun nazıyla oynamayacaq: yaxşı məşq etməli, özünü göstərməlidir.

Üç aydır ağ-qara formanı geyinən Abubakar ötən müddətdə 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Paytaxt təmsilçisi ilə bağladığı müqavilənin ilkin mərhələsi bu ilin iyununda başa çatacaq.

Gələn mövsümü də ölkəmizdə keçirmək istəyirsə, indi Vernidubun rəğbətini qazanmağa çalışmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:20 Daha bir transfer - FOTO