Emin Mahmudovu "Neftçi" üçün qiymətli edən - 150

9 Avqust 2022 00:40 Neftçi 598
Emin Mahmudovu "Neftçi" üçün qiymətli edən - 150

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşü paytaxt təmsilçisinin yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Mahmudov ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Kapitan Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti