“Neftçi”dən yeni transfer, 1+1 illik müqavilə - VİDEO

8 Avqust 2022 18:00 Neftçi 1 186
“Neftçi”dən yeni transfer, 1+1 illik müqavilə - VİDEO

“Neftçi” heyətini yeni legioner qatıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arzeladzeni transfer edib.

Arveladze ilə 1+1 il şərtli müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.

Vato Arveladze daha əvvəl ölkəsinin “Sasko”, “Lokomotiv” (Tiflis), Türkiyənin “Kasımpaşa”, “Fatih Karagümrük” və Polşanın “Korona” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu