“Neftçi” yeni Kane tapmaq üçün Afrika bazarına girişdi

16:40 Neftçi 1 111
“Neftçi” yeni Kane tapmaq üçün Afrika bazarına girişdi

«Neftçi» ölkə xaricində seleksiya işinə start verib.

Yuri Vernidubu sükan arxasına gətirmiş və ona böyük ümidlər bəsləyən «ağ-qaralar» bu işə Afrikadan başlayıb.

Paytaxt klubunun təmsilçisi bu məqsədlə sözügedən qitəyə yollanıb, Nigeriyda olub.

Nümayəndə bu ölkədə gənclərin iştirakıyla keçrilən turnirləri izləyib, bir neçə perspektivli oyunçunu gözaltı edib. Onların qarşıdakı aylarda, yaxud gələn ilin yayında Azərbaycana dəvət olunması gözlənilir.

Avfrika bazarıyla yaxın təmas qurmaq «Neftçi»nin tarixində ilk deyil, artıq belə ənənə var. Belə ki, bakılılar 2018-ci ildə Mamadu Kaneni bu əlaqələr sayəsində sıralarına qatıb.

Qanalı gənc yarımmüdafiəçiyə ilk vaxtlar 1000 dollar maaş verən «ağ-qaralar» 3 il sonra onu 1 milyon avro qarşılığında «Olimpiakos»a satıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti