"Neftçi"dən ayrılan futbolçunu bu cür təqdim etdilər

28 Yanvar 2022 02:40 Neftçi 9 476
"Neftçi"dən ayrılan futbolçunu bu cür təqdim etdilər

"Neftçi"nin yollarını ayırdığı Harramiz Soareş özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu "Farense"də çıxış edəcək.

Yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Yayda "Neftçi"yə cəlb edilən San-Tome və Prinsipidən olan legioner 2014 - 2016-cı illərdə də "Farense"nin formasını geyinib.

O, Portuqaliyanın “O Elvas” (2009 - 2010), “Aljustrelense” (2010 - 2011), “Uniao Montemor” (2011 - 2013), “Benfika B” (2013 - 2014), “Farense” (2014 - 2016), “Kovilya” (2016 - 2017), “Akademika” (2017 - 2018), “Tondela” (2018), “Mafra” (2018 - 2019), “Leyşoynş” (2019 - 2020) və “Eştoril” (2021) klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!