
"Neftçi" və "Visla" (Plotsk) aralarında Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda (1:1) iki insident yaşanıb.
Sportinfo.az xəbər verir ki, ilk münaqişə 73-cü dəqiqədə baş verib.
Azərbaycan klubunun müdafiəçisi Mert Çelik topu rəqibdən almağa cəhd edərkən, Polşa təmsilçisinin futbolçusu ona sərt qarşılıq verib. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib.
77-ci dəqiqədə isə "Neftçi"nin digər futbolçusu Eddi İsrafilov diqqət mərkəzinə düşüb. İsrafilov ona qarşı kobud oynayan rəqib futbolçu ilə kəllə-kəlləyə gəlib.
Mübahisə zamanı texniki zonada əyləşənlər də olaya müdaxilə edib. Hakim hər iki oyunçuya sarı vərəqə göstərdikdən sonra matç davam edib.