Vernidubun “Neftçi”də yaratdığı narazılıq Ukrayna KİV-nin diqqətində

11:00 Neftçi 1 463
Vernidubun “Neftçi”də yaratdığı narazılıq Ukrayna KİV-nin diqqətində

“Neftçi”də baş məşqçi Yuri Vernidubla bağlı yaranmış problem Ukrayna mətbuatının diqqətindən yayınmayıb.

Yerli KİV təcrübəli mütəxəssislə futbolçular arasında yaşanmış soyuqluğa aydınlıq gətirib.

Bildirilib ki, Vernidubun xüsusən də məşq metodu “ağ-qaralar”ın oyunçularının ürəyincə deyil. Onun əsasən fiziki yükləmələrə üstünlük verməsi və taktiki tapşırıqların az olması futbolçularda narazılığa yol açıb.

“Neftçi” iyulun 10-da Serbiyadan “Radniçka”, 13-də isə Xorvatiyadan “Osiyek” ilə yoxlama oyunu keçirəcək.

Sloveniyada təlim-məşq toplanışında olan bakılılar buna qədər iki görüşə çıxıb. Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyadan "ÇFR Kluj"a 1:2 hesabıyla uduzublar.

Ukrayna mediasının yazdıqları saytımızın 2 gün öncə yaydığı xəbərin təsdiqidir (https://www.sportinfo.az/idman_xeberleri/neftci/254205.html).

Düzdür, «Neftçi»nin bəzi azarkeşləri bu informasiyaya inanmaq istəmir, hətta sosial şəbəkələrdə bizi qınayırlar, Amma bizi tənqid etmək lazım deyil, nə var, nə yox, bunu futbolçulardan soruşmaq lazımdır. Bir də Vernidubun özündən.

Təbii, əgər əlləri ora çatırsa.

Düşərgədəki vəziyyət həqiqətən narahatlıq doğurur. Baş məşqçidən şikayət edənlərin sayı günbəgün artmaqdadır.

Əlbəttə, Konfrans Liqası öncəsi bu kimi hadisələr xoşagələn deyil, araşdırılmalı və tədbir görülməlidir. Çünki od olmayan yerdən tüstü çıxmaz.

Oyunçular hesab edir ki, Vernidub klubla 2 illik yeni müqavilə imzalayandan sonra dəyişməyə başlayıb, bir qədər təkəbbürlü olub. Ukraynalı bəzən onlara sifət edir, bəzən acı danışır.

Çox vaxt isə ona söylənilən fikirləri qulaqardına vurur. İki-üç futbolçudan savayı, kimsəni yaxına buraxmır. Belə deyək, komanda üzvləri arasında fərq qoyur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer