"Neftçi"yə gələn braziliyalı etiraf etdi: "Düşünürdüm ki…"

27 Oktyabr 2021 11:20 Neftçi 1 870
"Neftçi"yə gələn braziliyalı etiraf etdi: "Düşünürdüm ki…"

"Həqiqətən də uyğunlaşmaqla bağlı yaxşı mənada təəccübləndim.

Çünki "Neftçi"yə gələndən sonra burada mənimlə eyni dildə danışan çox futbolçu ilə tanış oldum. Bu isə adaptasiya prosesini tezləşdirdi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Ramon Maçado paytaxt təmsilçisinə adaptasiyası barədə klubun rəsmi televiziyasına müsahibəsində deyib.

"Ağ-qaralar"a keçidindən sonra 2 qol vurduğunu deyən braziliyalı hücumçu bunu gözləmədiyini bildirib:

"Düşünürdüm ki, baş məşqçi mənə hələ çox gec şans verəcək. Amma artıq ikinci oyunda meydana çıxdım və növbəti matçlarda fərqləndim. Bütün bunlara görə sevinirəm".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da