"NEFTÇİ" – İrəlidə hər şey var, arxada heç nə yox - SOS!

18 Oktyabr 2021 15:00 Neftçi 871
"NEFTÇİ" – İrəlidə hər şey var, arxada heç nə yox - SOS!

Cari mövsüm bir «aktyor»un tamaşasını izləməyəcəyik.

«Neftçi» çempionluq uğrunda mübarizədə «Qarabağ»ı tək buraxmayacaq.

Klub rəhbərliyi Samir Abasovun əl-ayağına dolaşmasa, kənar qüvvələr ağ-qara divarlardan qurulu bazanın daxilinə soxulmasa, iç və çol müdaxilələr təkrarlanmasa, bu komanda çox iş görəcək.

Heyət geniş və səviyyəlidir. Samir Abasovun aradabir çevrilib texniki zonaya nəzər yetirəndə, «kimi meydana buraxsam, daha yaxşı olar» düşüncəsinə qapılacaq qədər geniş və səviyyəli.

Allahı gətirib, futbolçudan boldur. Bircə o qalır ki, ilk «11-liy»im düzgün qursun.

Rotasiya baxımından Qurban Qurbanovun da Samir Abasova həsəd aparacağını iddia edərdik. Heç Qurbanovun «Qarabağ»ında skamya belə uzun və keyfiyyətli deyil, məhduddur.

«Neftçi» usta ayaqlara sahibdir. Sabir Buqrinin Sumqayıtda atdığı qolu başqa sözlə tərif etmək olmaz. Bu, elə odur! Əsl səviyyə!

Samir Abasov müdafiə xəttinin qayğılarına bir az zaman ayırsa, komanda hər mənada saz vəziyyətə gələr. Hücum xətti necə güclüdürsə, üçüncü zona bir elə zəifdir.

Ağırlıq tamamən Vojislav Stankoviçlə Mert Çelikin çiyinləri üzərindədir, hansı biri sıradan çıxsa, yaxud cəzalansa, bir baxın, komanda nə hala düşür.

Dağım-dağım olarlar. Hələ onlar meydandadır, müdafiə səhvlərlə yadda qalır, Abasov isə nədənsə B və C versiyası üzərində dayanmır, götür-qoy etmir.

Nədir bu çatışmazlıqları görməzdən gəlməsinin səbəbi, məlum deyil hələlik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"