“Çox komanda ilə danışıq apardım, Reynaldodan “Neftçi” haqda bəzi şeylər soruşdum” - VİDEO+FOTOLAR

18 Sentyabr 2021 17:20 Neftçi 1 977
“Çox komanda ilə danışıq apardım, Reynaldodan “Neftçi” haqda bəzi şeylər soruşdum” - VİDEO+FOTOLAR

"Neftçi"yə keçdiyim üçün xoşbəxtəm. Bakı çox gözəl şəhərdir, buranın insanları da mehribandır.

Komanda daxilində problem yoxdur. Heyətdə çoxlu legioner var və onların əksəriyyəti portuqalca danışa bilir. Bu səbəbdən çətinliyim olmayıb".

bu fikirləri "Neftçi"nin yeni transferi Tiaqo Bezerra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Türk dilində danışan 34 yaşlı braziliyalı hücumçu Qətərin "Əl-Sayliya" klubundan ayrıldıqdan sonra ölkəsinə yollandığını bildirib:

"Çox komanda ilə danışıq apardım. Türkiyəli menecer əlaqə saxladı və danışığımız uzun çəkmədi.

Mənə "Neftçi" haqqında danışdı, daha sonra burada oynayan bir neçə dostumdan və Reynaldodan bəzi şeylər barədə soruşdum.

"Neftçi"nin ötən mövsüm çempion olduğunu öyrəndim. Bu, mənim üçün çox önəmlidir. Türk dili, Azərbaycan dilinə yaxındır. Bizim dilimiz futboldur, hara getsək, ən yaxşı şəkildə oynamalıyıq".

Bezerra peşəkar karyerasına Belçikada başladığını, daha sonra isə Türkiyədə müxtəlif klublarda oynadığını xatırladıb:

"Türkiyə Braziliyaya bənzəyir. İnsanları çox mehribandır və bir-birilərinə yardım etməyi sevirlər. Ailəm də Türkiyəni çox xoşlayır. Tətil vaxtları oraya gedirik".

Tiaqo Bezerra Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sayliya” (2020-2021) klublarında çıxış edib.

Bezerra 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı