"HİK-in göstərdiyi oyun bunu deməyə əsas verir" - Samir Abasov

2 Avqust 2021 18:10 Neftçi 767
"HİK-in göstərdiyi oyun bunu deməyə əsas verir" - Samir Abasov

"Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Onların göstərdiyi oyun bunu deməyə əsas verir. Çempionatları davam edir. Tbilisi "Dinamo"su ilə matçda olduğu kimi, buna da hazırlaşırıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin fiziki durumu çox yaxşıdır: "Doğrudan da təhlükəli rəqibdir. Öz ölkəsinin çempionudur. Finlandiya futbolu inkişaf edir. Komandaları güc baxımından müqayisə etsək, üstünlükləri var. Rəqib daha hazırlıqlıdır. Avropa Liqasında qalmaq üçün əlimizdən gələni edəcəyik. HİK-in xeyli oyununa baxmışıq".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq.

Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq. (Report)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!