“Neftçi”yə yeni gəldi, Bakını elə bir yerə oxşatdı ki…

2 Avqust 2021 11:40 Neftçi 2 200
“Neftçi”yə yeni gəldi, Bakını elə bir yerə oxşatdı ki…

"Gündüzlər məşq edə bilmirik, hava çox isti olur, ona görə də axşamlar hazırlıq keçirik”.

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Neftçi”nin fransalı müdafiəçisi Romen Baska məxsusdur.

2 illik imza ilə özünü ağ-qara rənglərə bağlayan legioner Bakı haqda danışıb, paytaxtımızı “kiçik Dubay” adlandırıb:

“Bakı möhtəşəm şəhərdir. Elə bil, Dubaya gəlmisən. Bu iki şəhər bir-birinə çox oxşayır.

Baş məşqçi ilə ilk ünsiyyətimiz müsbət oldu. O, indiki halda məni müdafiəçi kimi sınamaq istəyir.

Hazırda mənim üçün vacib olan klubun inkişafına kömək etməkdir. "Neftçi" 2019-ci ildə 3-cü, 2019 və 2020-ci illərdə 2-ci, bu il isə çempion olub. Nəticələr ildən-ilə yaxşılaşır".

Digər Xəbərlər
Xəbər Lenti