"Neftçi"dən bərabərlik - Yenilənib

21 İyun 2021 21:50 Neftçi 1 402
"Neftçi"dən bərabərlik - Yenilənib

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.

Lyublyana təmsilçisi ilə “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşma “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

21 iyun Yoxlama oyunu

20:00. "Olimpiya" (Sloveniya) – "Neftçi" (Azərbaycan) - 1:1 (İkinci hissə)

Qollar: Namik Ələskərov, 1 (0:1), Peroviç, 2 (1:1)

Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” iyunun 25-də Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti