"Neftçi"nin Çempionlar Liqasında rəqibi - "Dinamo"

15 İyun 2021 14:20 Neftçi 774
"Neftçi"nin Çempionlar Liqasında rəqibi - "Dinamo"

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, "Neftçi”nin avrokubok mövsümündəki ilk rəqibi müəyyənləşib.

Paytaxt təmsilçisi “Dinamo” (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 6-7-də, cavab görüşü 13-14-də keçiriləcək. “Neftçi” mövsümə səfərdə başlayacaq.

Sabah Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. “

Neftçi”nin hər iki turnirdəki mümkün rəqibləri, həmçinin qitənin 3-cü dərəcəli klub turnirində ilk raunddan azad olan “Keşlə”, “Qarabağ” və “Sumqayıt”ın qarşılaşacağı komandalar bilinəcək.

Digər Xəbərlər
Xəbər Lenti