Honda namizəd oldu

8 May 2021 13:00 Neftçi 21 416
Honda namizəd oldu

Asiya Futbol Konfederasiyası (AFC) həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

siyahıda "Neftçi"nin yarımmüdafiəçisi Keysuke Honda da yer alıb.

Bu ada həmçinin İngiltərə "Tottenhem"ində çıxış edən Son Xın Min, "Çelsi"nin qadın futbolçusu Çi Soyun, İtaliya "Cenoa"sından Eldor Şomurodov (Özbəkistan), Fransa "Lion"undan Saki Kumaqai, Avstraliyanın "Sietl Saunders" klubunda oynayan Bred Smit, Portuqaliya "Portu"sundan Mehdi Taremi və Rusiya "Zenit"indən Sərdar Azmun iddia edir.

Qalib azarkeşlərin səsverməsindən sonra müəyyənləşəcək. Namizədlər 29 aprel - 4 iyundakı çıxışlarına görə müəyyənləşib.

Keysuke Honda mayın 3-də "Neftçi"nin "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXV tur oyununda ikinci qolun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM