Bu legioner "Neftçi"nin gözünü niyə yolda qoyub?

17 Yanvar 2021 15:00 Neftçi 1 284
Bu legioner "Neftçi"nin gözünü niyə yolda qoyub?

Yusif Laval "Neftçi"nin düşərgəsinə qoşula bilməyib.

Nigeriyalı legioner hələ də ölkəsindədir. Çünki 23 yaşlı yarımmüdafiəçinin pasport problemi davam edir.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Neftçi"nin Mətbuat və İctimaiyyətlə əlaqələr deportamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Onun bildirdiyinə görə, afrikalı futbolçuya alınan biletlər iki dəfə geri qaytarılıb, nəhayət, üçüncüsü sifariş olunub.

Sitat: "Lavalın pasport problemi vardı. Vaxtı bitmişdi deyə, futbolçunu Ankarada olan səfirlikdən sənədini almağa göndərmişdik.

Amma oradan da ala bilməmişdi. Qış fasiləsində öz ölkəsinə qayıtdı ki, pasport problemini həll eləsin. Pandemiya ilə bağlı ölkəsində də gecikmə oldu.

Bu həftə üçün həll olunmalıdır. Özünə deyilmişdi ki, beşinci gün üçün sənədi hazır olmalıdır. Amma hələ də hazır deyil. Yəqin ki, həftənin ilk günləri burada ola biləcək.

Əslində, ayın 17-si burda olacağını gözləyirdik, ancaq yenə alınmadı. Problem həll olunan kimi biletini alacağıq ki, komandaya qoşulsun".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!