AFFA-nın milliyə baş məşqçi tapa bilməməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI

12 Mart 2020 22:40 Milli komanda 2 691
AFFA-nın milliyə baş məşqçi tapa bilməməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI

AFFA-nın millinin yeni baş məşqçisi üçün nə qədər büdcə ayırması müəyyənləşib.

Sportinfo.az-ın federasiyadan əldə etdiyi məlumata görə, nəzərdə tutulan illik məbləğ 700 min dolları keçmir.

Qurumun hələ də Nikola Yurçeviçə əvəzləyici tapa bilməməsinin əsas səbəblərindən biri budur. AFFA-nın təklif götürdüyü əcnəbi mütəxəssislərin əksəriyyəti məbləği öyrənəndən sonra danışıqları yarımçıq dayandırıb.

32 nəfərdən ibarət namizədlər siyahısının boyunun qısalması bundan qaynaqlanır. Belə deyək də, AFFA aldığı «yox» cavablarına görə onların bir çoxundan əlini üzüb.

Hətta ən real namizəd kimi göstərilən Canni de Byazi də illik 1:5 milyon avrodan aşağı məbləğə Azərbaycana gəlməyəcəyini xəbər göndərib.

Təyinatın yubanması federasiyada narahatlıq yaratsa da, ümid var ki, SOCAR son anda yardım əlini uzadacaq və əlavə vəsait ayıracaq.

Heç kimə elə gəlməsin ki, yerli məşqçilərin adının son günlər yığmayla tez-tez hallandırılması boş-boşunadır. Bu, AFFA-nın B variantıdır və hər an əlinin altında hazır saxlayır.

Əslində, adları çəkilən çalışdırıcıların isimləri federasiya tərəfindən mətbuata sızdırılır və bu, ictimaiyyət arasında müzakirələrin aparılması, rəylərin öyrənilməsi üçün lazımdır.

Necə deyərlər, AFFA belə etməklə, nəbz yoxlayır. Əcnəbilərlə danışıqlar rəsmiyyətə keçməsə, yerli «kart» oynanılacaq və təbii ki, üzərində dayanılacaq məşqçiyə böyük pullar verilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti