"Qrupda heç kimə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur"

6 Mart 2020 13:12 Milli komanda 847
"Qrupda heç kimə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur"

"Düşünürəm ki, püşkün nəticəsinə sevinməliyik. Bizə yad olmayan rəqiblərlə bir qrupa düşdük. Hamısı ilə oynamışıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Monteneqro millisinin futbolçusu Marko Bakiç deyib.

Hazırda Belçika "Muskron"unda çıxış edən 27 yaşlı yarımmüdafiəçi bildirib ki, C Liqasında yer aldıqları qrupda 1-ci yer uğrunda mübarizə apara bilərlər:

"Düzdür, uğursuz seriyadan sonra qrupda kiməsə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur. Amma komandamızın keyfiyyəti və üstün tərəfləri 1-ci yer haqqında düşünməyə əsas verir.

Turnirə hazırlaşmaq üçün vaxtımız var. Martın sonunda Podqoritsada yoldaşlıq oyunlarına start verəcəyik. Payıza qədər daha bir neçə qarşılaşma planlaşdırılıb".

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə üz-üzə gələcək. Yığma qrupda ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Monteneqro ilə birinci görüş isə oktyabrın 9-da səfərdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti