"Özü gəlib işləsin də millidə, biz nə deyirik ki..?" - REAKSİYA

5 Mart 2020 17:22 Milli komanda 1 319
"Özü gəlib işləsin də millidə, biz nə deyirik ki..?" - REAKSİYA

"Məncə, adı çəkilənlər və başqa bir neçə yerli baş məşqçi millidə işləməyə layiqdir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin sabiq baş məşqçisi Samir Abasov deyib.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun dünən saytımıza verdiyi müsahibə böyük rezonans doğurub.

Qocaman mütəxəssisin Rəşad Sadıqov, Ayxan Abbasov və Samir Abasovun timsalında gənc həmkarlarının millinin sükanı arxasına keçməsinin əleyhinə çıxıb.

Mircavadov hələ onların bu səviyyədə işləmək üçün yetişmədiyini bildirib. Abasov Mircavadovun fikirlərinə bu cür reaksiya verib:

"Gərək hardasa işləyəsən ki, təcrübə yığasan. Hökman hansısa gənc məşqçi olsun demirik. Mənim mövqeyim budur ki, millidə yerli baş məşqçi olsun. Rəşad Sadıqov, Tərlan Əhmədov, Aftandil Hacıyev olsun, fərq etmir.

Digər tərəfdən, Ağasəlim Mircavadov təcrübəli məşqçidir. Elə özü gəlib işləsin də, biz nə deyirik ki..?".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”