AFFA-nın "inkişaf" dediyi: Mozambiklə Zimbabve də millimizi geridə qoydu

20 Fevral 2020 14:36 Milli komanda 584
AFFA-nın "inkişaf" dediyi: Mozambiklə Zimbabve də millimizi geridə qoydu

FIFA milli komandaların 2020-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Milli 1177 xalla 114-cü yerdədir.

Mozambik, Kenya, Fələstin, Zimbabve, Niger, Tailand kimi yığmalar Azərbaycandan öndədir. Azərbaycan millisindən 1 pillə geridə Kosovodur.

Cədvəldə Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədədir. Türkiyə millisi isə 1494 xalla 29-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı