Azərbaycanlı futbolçunun "qəhrəman" olduğu İNSİDENT - VİDEO

20 Fevral 2020 12:02 Milli komanda 1 098
Azərbaycanlı futbolçunun "qəhrəman" olduğu İNSİDENT - VİDEO

İspaniya Sequndasının 20-ci turundan təxirə salınmış matç Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün uğursuz alınıb.

Sportinfo.az xəbər verir ki, “Albasete”nin yarımmüdafiəçisi “Rayo Valyekano” ilə səfər matçında qırmızı vərəqə alıb.

Start heyətində meydana daxil olan Eddi qarşılaşmanın 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bundan başqa qarşılaşma da yarımçıq dayandırılıb. Səbəb isə “Rayo Valyekano” azarkeşlərinin “Albasate”nin hücumçusu Roman Zozulyanı təhqir etməsi olub.

Belə ki, yerli fanatlar ilk hissə ərzində dəfələrlə “Zozulya Nazidir” (Nazi - Adolf Hitlerin zamanında faşist Almaniyasına verilən ad idi) deyə qışqırıblar.

Federasiya bundan sonra matçın yarımçıq dayandırılmasına qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!