Azərbaycanlı futbolçuya görə baş məşqçini məzəmmət etdilər

19 Fevral 2020 12:00 Milli komanda 941
Azərbaycanlı futbolçuya görə baş məşqçini məzəmmət etdilər

"Vulverhempton"un baş məşqçisi Nunu Eşpiritu Santu Azərbaycan millisinin futbolçusu Renat Dadaşova Avropa Liqası matçında şans verməlidir.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin "Wolves.vitalfootball" nəşri məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı hücumçu dəyərini sübut etmək üçün İspaniya "Espanyol"u ilə qarşılaşmada iştirak etməlidir. Avropa Liqasının qrup mərhələsində olduğu kimi "Vulverhempton"un 1/16 finalda da bir sıra aparıcı futbolçularına istirahət verəcəyi gözlənilir.

Renat Dadaşov bazar ertəsi U-23-ün heyətində "Liverpul"a 1:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub və komandasına penalti vurmaq imkanı qazandırıb.

Nəşr bildirir ki, forvard avrokubok matçına hazır olmalıdır: "Vulverhempton"un hücum xəttində problem var. Niyə Dadaşovu ehtiyat hücumçu rolunda görmürsünüz"?

Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. Klub gənc oyunçunu Avropa Liqası oyunları üçün sifariş edib. "Vulverhempton" 1/16 finalda "Espanyol"la ilk oyununu fevralın 20-də evdə, cavab görüşünü isə fevralın 27-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"