Azərbaycanlı futbolçunu barmağı ilə göstərib, dedi ki…

20 Yanvar 2020 12:16 Milli komanda 1 851
Azərbaycanlı futbolçunu barmağı ilə göstərib, dedi ki…

U-21 yığmamızın üzvü Fərid Nəbiyevin "Viktoriya”ya keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, Jijkov təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb. İkinci liqada mübarizə aparan klub Fəridlə 2,5 illik müqavilə bağlayıb. Çexlər Nəbiyevin bir futbolçu kimi xarakteristikasını da veriblər:

"Sol ayağı ilə kəsərli zərbələri var, sağ ayağı da yaxşı işləyir. Liqada bir matçda 24 dəqiqəyə het-trik edib. Vizit vərəqi özündə daha çox şeyləri cəmləşdirir.

Və bu suala dəqiq cavab verir ki, niyə baş məşqçi Zdenek Qaşek qış fasiləsində gənc hücumçunu barmağı ilə göstərib, heyəti gücləndiirməklə bağlı geniş siyahısına daxil edib.

Fəridin 20 yaşı var, Çexiyaya üç il əvvəl "Qəbələ"dən gəlib. Tez uyğunlaşdı, ötən mövsüm gənclər liqasında 26 qol vurdu. Bütün yığmaları keçib və 19 yaşında Azərbaycanın U-21 yığmasında çıxış etməyə başlayıb.

2018-ci ildə "Slaviya"nın əsas komandasında da yer alaraq Teplitse "Liberets"iylə görüşdə iştirak edib. "Viktoriya"ya xoş gəlmisən, Fərid! Uğurlar!"

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM