"Qol vurmağa başlasam, Azərbaycan millisindən dəvət olacaq" - Türkiyəli forvard

20 Noyabr 2019 19:35 Milli komanda 1 124
"Qol vurmağa başlasam, Azərbaycan millisindən dəvət olacaq" - Türkiyəli forvard

“Ukraynaya qarşı yaxşı futbol sərgilədik. Sadəcə şanssız qol buraxdıq və matç bərabərə başa çatdı” - bu sözləri Sportinfo.az-a açıqlamasında 21 yaşlılardan ibarət yığma komandamızın üzvü Doğukan Öksüz deyib.

Yığmamızın hücumçusu ukraynalı həmyaşıdlarına qarşı keçirilən yoxlama görüşünü dəyərləndirib. Doğukan Ukrayna ilə görüşdə qeydə alınan nəticə haqda danışıb. Bundan savayı o, Türkiyənin U-21 yığmasının Andorraya məğlubiyyətini də şərh edib:

“Məncə, biz Ukraynadan çox yaxşı oynadıq. Sadəcə, qol epizodlarından yararlana bilmədik, şanssız qol buraxdıq. Bu cür oyunları oynamaq hər zaman təcrübə qazandırır. Ukrayna da çox güclü komandadır. Oyunumuzu inkişaf etdirmək baxımından yaxşı oldu. Türkiyənin Andorraya qarşı oyununu izləmədim. Mən daha çox öz oyunlarımız haqda düşünürəm”.

“U-21-dəki çıxışımı yaxşı qiymətləndirirəm. Amma qol sayımı artırmalıyam. Qol vurmağa başladıqdan sonra A milli komandadan dəvət olacağını düşünürəm” deyə, Doğukan Öksüz fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti