Millidə eyni futbolçular oynayır - yığmamızın keçmiş oyunçusu

19 Noyabr 2019 21:13 Milli komanda 1 084
Millidə eyni futbolçular oynayır - yığmamızın keçmiş oyunçusu

Milli komandamızın sabiq üzvü Maqomed Qurbanov yığmamızın AÇ-2020-nin seçmə mərhələsində Slovakiyaya qarşı keçirəcəyi oyun haqda danışıb. Sportinfo.az-a açıqlama verən Qurbanov yığmamızın Uelsə məğlubiyyətini də şərh edib. Bundan savayı o, millimizə dəvət oyunçuları tənqid edib:

"Uels çox yaxşı komandadır. Bunu hamı bilir. Amma millimiz Uels yığmasına qarşı çox dişssiz oynadı. Ev oyunlarında bu cür rəqiblərlə görüşdə xal qazanmaq üçün gərək sona qədər mübarizə aparasan. Slovakiya ilə oyunda necə olacaq? Ümid edirəm ki, yaxşı nəticə olar.

Sadəcə, məsələ başqadır. Millidə yalnız eyni futbolçular oynayır. Onlar bu cür matçlara artıq adi oyun kimi yanaşırlar. Elə buna görə də millidəki futbolçularda məsuliyyət hissi aşağı düşür. Çünki onlar bilir ki, nə olursa-olsun, istənilən halda yığmaya dəvət olunacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR