Emil Balayevə medal qazandırmayan qələbə - VİDEO

10 Noyabr 2019 17:40 Milli komanda 618
Emil Balayevə medal qazandırmayan qələbə - VİDEO

Qazaxıstan Premyer Liqasında bu gün mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sabiq "Qəbələ"li baş məşqçi Roman Qriqorçukun çalışdırdığı "Astana"nın çempion olduğu birinclikdə millimizin qapıçısı Emil Balayev mövsümü medalsız başa vurub.

Mövsümün əvvəllərində uzun müddət lider olsa da, son turlarda mövqeyini əldən verən Emilin komandası "Tobol" axırıncı turu qələbə ilə yekunlaşdırıb. Lakin "Aktobe" üzərində qazanılan 2:1 hesablı qalibiyyət əhəmiyyətsiz olub.

Çünki 3-cü pillənin sahibi "Ordabası" da mövsümü qələbə ilə bitirib. Azərbaycanda "Standard" və "İnter"in (indiki "Keşlə") baş məşqçisi olmuş Kaxaber Çxadadzenin işlədiyi Çimkənt klubu Emil Balayevin komandasına bürünc medalları qazanmaq imkanı verməyib. "Tobol" çempionatı 4-cü yerdə bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu