Balayev Qazaxıstan çempionatının ən yaxşısıdır

8 Noyabr 2019 13:38 Milli komanda 922
Balayev Qazaxıstan çempionatının ən yaxşısıdır

Millimizin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

Sportinfo.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "quru" oyunların sayında bütün həmkarlarını qabaqlayır.

Balayev bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.

İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. "Kayrat"ın qolkiperi Stas Pokatilov 13 "quru" oyunla 3-cüdür. O, 31 matçda 30 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi