Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda San Marino yığması ilə qarşılaşacaq.
Oyun Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.
Azərbaycan millisi ilk yoxlama oyununda Maltaya iki cavabsız qolla uduzub.
22:00. Azərbaycan - San Marino
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu

