İkinci millimiz Türkiyədə qırğızlara qalib gələcək?

18:00 Milli komanda 168
İkinci millimiz Türkiyədə qırğızlara qalib gələcək?

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

"Sav" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti