Millimiz sonuncu oyunda Qırğızıstana da məğlub oldu

7 Oktyabr 2024 02:50 Milli komanda 951
Millimiz sonuncu oyunda Qırğızıstana da məğlub oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə beşinci yer uğrunda görüşdə qarşılaşıb.

Matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

Həlledici zərbələrdə Qırğızıstan seçməsi daha dəqiq oynayaraq (4:2) qələbə qazanıb.

Millimiz turniri qol vurmadan tərk edib. Komandamız əvvəlki oyunlarda Türkmənistana 0:3, Türkiyəyə isə 0:6 hesabları ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”