
«Titulu qazanmaq asan, onu saxlamaq çox çətindir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi deyib.
Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin yekunlarından danışan kiper bildirib ki,Avropa çempionluğu titulu onların üzərində əlavə təzyiq yaradır:
«Əlbəttə, gözləntilər böyük idi. Bundan başqa doğma meydanda oynamaq da əlavə təzyiq yaradırdı.
Baş məşqçimizin rəhbərliyi altında həftədə 4 dəfə məşqlərimizi davam etdiririk. Titulu qorumaq barədə düşünürük.
Dünya çempionatına daha hazır vəziyyətdə gedəcəyimizə inanıram. Rəhbərlik də bunun üçün lazım olan şəraiti yaradıb».