"Onu millidə saxlamaq lazımdır, ya yox, mən bilmirəm"

30 Sentyabr 2022 02:20 Milli komanda 667
"Onu millidə saxlamaq lazımdır, ya yox, mən bilmirəm"

Azərbaycan millisinin sabiq baş məşqçisi Qyoko Hacıyevski sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis milli komandamızın son vaxtlardakı çıxışına münasibət bildirib.

BƏƏ-nin "Hatta" klubunu çalışdıran təcrübəli məşqçi yığmamızın baş məşqçi postunda dəyişiklik edilməli olub-olmaması haqda da fikrini bildirib:

"Canni De Byazinin millidə saxlamaq lazımdır, ya yox, mən bilmirəm. Bu haqda nəsə deməyim doğru olmaz.

Azərbaycanın son görüşlərdəki qələbəsinə görə şadam. Qazaxıstana layiqli şəkildə qalib gəldilər.

Oyundan əvvəl Qazaxıstan mətbuatına müsahibə vermişdim və bildirmişdim ki, Azərbaycanın qələbə qazanmaq şansı yüksəkdi.

Çünki qazaxlar qrupdakı vəzifəsinin öhdəsindən gəlmişdi, Azərbaycan isə yaxşı durumda olduğunu sübut etməliydi. Şadam ki, Azərbaycan qalib gələrək qrupu ikinci pillədə başa vurdu.

Canni De Byazi məsələsinə gəlincə, dediyim kimi, həmkarım olduğuna görə nəsə denəyim doğru çıxmaz. Amma o, qalarsa, necə olacaq, bilmirəm.

Buna AFFA qərar verməlidi. Ondan razıdılarsa, millini inkişaf etdiribsə, yaxşı atmosfer yaradıbsa, onu postunda saxlamaq olar. Yox, belə deyilsə, fərqli qərar vermək lazımdı".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!