Elxan Məmmədovla görüşdü, Tərlan Əhmədovun xahişini etdi - Millidə iş verin, danışmasın

24 Noyabr 2021 20:00 Milli komanda 1 825
Elxan Məmmədovla görüşdü, Tərlan Əhmədovun xahişini etdi - Millidə iş verin, danışmasın

Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla görüşüb.

O, qarşı tərəfdən «Neftçi» və «Keşlə»nin sabiq baş məşqçisi Tərlan Əhmədovun xahişini edib.

Abdullayev sonuncunun işlə təmin olunmasını istəyib. Görüşdə əsasən millinin üzərində dayanılıb.

Veteranların başbiləni E.Məmmədova məsləhət görüb ki, T.Əhmədova inansın və AFFA İcraiyyə Komitəsinin iclasında onun namizədləyini dəstəkləsin.

Həmçinin bildirib ki, federasiya çalışdırıcının iş problemini həll eləsə, o, mediada AFFA əleyhinə kampaniyanı dayandıracaq və qurumun təbliğatında yaxından iştirak edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti