Restoran və mağazaların açılması məsələsi müzakirə olunur - TƏBİB

3 Avqust 2020 18:00 Maraqlı 872
Restoran və mağazaların açılması məsələsi müzakirə olunur - TƏBİB

"Açıq havada restoranların və kiçik ticarət mərkəzlərinin açılması məsələsi hazırda müzakirə olunur.

Çünki etiraf edək ki, restoranlarda qida qəbulu zamanı maskadan istifadə mümkün deyil və sosial məsafələrin saxlanılması çətin olur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiki yumşalma tədbirlərinin göstəriciləri zamanla nəzərə alınaraq müvafiq qərarlar qəbul edilə bilər: "Yəni bütün qərarlar mərhələli şəkildə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"