Polis gizlicə məşq edənləri iş başında yaxaladı - VİDEO

5 İyul 2020 13:20 Maraqlı 1 501
Polis gizlicə məşq edənləri iş başında yaxaladı - VİDEO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub.

DİN Mətbuat Xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!